5 dekabr 2025. Cümə

Millimizin rəqibinin heyətində yeni futbolçu


Millimizin rəqibinin heyətində yeni futbolçu

AVRO-2020-nin seçmə mərhələsində bu ay Xorvatiya və Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığmasına daha bir oyunçu dəvət edilib.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, "Dunayska"nın yarımmüdafiəçisi Mate Vida yenidən komandaya cəlb edilib.

Baş məşqçi Marko Rossi heyətə 26 futbolçu çağırmışdı. Lakin bəzi problemlər siyahının artmasına yol açıb. Belə ki, Barat Botond və Adam Nad cəza üzündən Xorvatiya ilə görüşü buraxacaqsa, Balaş Cudcak, Dominik Şoboşlay, Mixay Korxut və Mate Patkay qarşıdakı matçda sarı vərəqə alarsa, Azərbaycanla matçda iştirak etməyəcək. Məhz bunları nəzərə alan məşqçilər korpusu Mate Vidaya da ehtiyac duyub.

Qeyd edək ki, oktyabrın 10-da Splitdə Xorvatiyanın qonağı olacaq macarlar bundan 3 gün sonra Budapeştdə Azərbaycanı qəbul edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb