21 may 2026. Cümə axşamı

UEFA dünya və Avropa çempionatlarının seçmə turnirlərinin strukturunu dəyişəcək


UEFA dünya və Avropa çempionatlarının seçmə turnirlərinin strukturunu dəyişəcək

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa çempionatından sonra keçiriləcək seçmə mərhələ turnirlərinin strukturunda dəyişikliklər edib.

90deqiqe.Az xəbər verir ki, 2028-ci il Avropa çempionatından sonra tətbiq olunacaq yeni format iki liqadan ibarət olacaq.

Birinci liqada 36 milli komanda yer alacaq, ikinci liqada isə 18 və ya 19 yığma mübarizə aparacaq. Birinci liqanın qruplarında ilk yerləri tutan komandalar birbaşa Avropa və ya dünya çempionatına vəsiqə qazanacaq. Qalan yerlər isə həm birinci, həm də ikinci liqa komandalarının iştirak edəcəyi pley-off sistemi vasitəsilə müəyyənləşəcək.

Hər milli komanda seçmə mərhələdə ümumilikdə 6 oyun keçirəcək. Yeni format üzərində yaxın aylarda əlavə dəqiqləşdirmələrin aparılacağı bildirilib.

Qeyd edilib ki, Avropa və dünya çempionatlarının ev sahibləri turnirlərə birbaşa vəsiqə qazansalar da, reytinq və səbət bölgüsünə təsir məqsədilə seçmə mərhələdə iştirak edəcəklər.

Bundan əlavə, 2028/2029 mövsümündən etibarən Millətlər Liqası üç liqadan ibarət olacaq və hər liqada 18 komanda yer alacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb