5 dekabr 2025. Cümə

Uelsin hücumçusu Azərbaycanla oyunu buraxacaq


Uelsin hücumçusu Azərbaycanla oyunu buraxacaq

AVRO-2020-nin seçmə mərhələsində millimiz ilə eyni qrupda yer alan Uels yığmasının futbolçusu sıradan çıxıb

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Devid Bruks dizindəki zədə ucbatından artıq bir müddətdi klubu "Bornmut"da da oyunlara çıxmır.22 yaşlı futbolçunun bu ay seçmə mərhələnin Slovakiya və Xorvatiya ilə keçiriləcək oyunlarında komandasına kömək edə bilməyəcək.

Baş məşqçi Rayan Giqqz gənc futbolçusunun hətta seçmə mərhələni baş vurmaq şansının da böyük olduğunu söyləyib: "Devidin hələ bir ay fərdi məşqlər, bərpa hazırlığı keçməsi gözlənilir. Hətta noyabr ayında sağalsa belə, uzun müddət oynamadığı üçün formada olmayacaq. Dönüşü noyabra gözlənilir. Ancaq dərhal da milliyə çağırmağı düşünmürük. Bu üzdən Uiksin gələn ay Azərbaycan və Macarıstanla keçiriləcək son matçlarda iştirakına inanmıram".

Qeyd edək ki, Uels yığması noyabrın 16-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb