5 dekabr 2025. Cümə

Macarıstan yığmasında ciddi itkilər


Macarıstan yığmasında ciddi itkilər

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstana yığması ciddi itkilərlə üzləşib.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, iki futbolçu heyətdən çıxarılıb.

Bunlar "Zalaeqerseq"in müdafiəçisi Tamaş Kristian və "Zalsburq"un yarımmüdafiəçisi Dominik Şoboşlaydı. 26 nəfərlik siyahıda adları yer alan hər iki futbolçu komandanın dünəndən başlayan toplanışına qatılmayıb. Buna səbəb oyunçuların zədədən əziyyət çəkmələridi.

Xüsusən də, Şoboşlayın yoxluğu baş məşqçi Marko Rossini narahat edir. Çünki digər yarımmüdafiəçi Adam Nad da cəzalı olduğu üçün Xorvatiya ilə matçı buraxacaq. İtaliyalı mütəxəssis "Debretsen"in orta sahə oyunçusu Ferentsi Yanoşa dəvət göndərməyi planlaşdırır.

Baş məşqçi özü də vəziyyətin ürəkaçan olmadığını etiraf edib: "Durumu ideal saya bilmərəm. Ancaq indi mənfi tərəfdən baxsam, vəziyyəti düzəldə bilmərəm. İxtiyarımda olan futbolçuların vəzifəsi meydanda əllərindən gələni etməkdi".

Qeyd edək ki, Macarıstan yığm







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb