- Avropa çempionatı
- 17:41 15.06.2026
19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə II seçmə mərhələsinin püşkü atılıb.
90deqiqe.Az-ın məlumatına görə, püşkatma mərasimindən sonra Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
B Liqasının 1-ci qrupunda yer alan U-19 yığmamız Serbiya, Monteneqro və Farer adaları komandaları ilə qarşılaşacaq.
Seçmə mərhələnin oyunları noyabrın 11-dən 17-dək Serbiyada təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupda uğurlu nəticə qazanacağı təqdirdə növbəti mərhələyə yüksəlmək şansını əldə edəcək.