- Avropa çempionatı
- 11:12 05.11.2024
"Yenidən yığmada yer almaq böyük şərəfdi".
Corner.az-ın məlumatına görə, bunu Macarıstan millisinin hücumçusu Robert Feçzesin deyib.
"Uypeşt"in futbolçusu 8 illik fasilədən sonra yenidən Macarıstan millisinü çağırılıb. 33 yaşlı hücumçu dönüşünü AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və ya Azərbaycanla bu ay keçiriləcək qarşılaşmalarda qeyd edə bilər.
Feçzesin yerli mətbuata açıqlamasında final mərhələsi şanslarını davam etdirmək istədiklərini bildirib: "Düşünürəm ki, istənilən futbolçu karyerası ərzində hər gün milliyə dəvət almaq üçün çalışır. Hər hansı bir təzyiq olmasa da, yığmaya qayıtdığım üçün həyəcanlıyam. Qarşıdakı iki oyun bizim üçün çox önəmlidi. Xüsusən də, Xorvatiya ilə görüş həlledici ola bilər. Onları evdə məğlub etmişik və indi səfərdə bunu etmək istəyirik. Həmçinin Azərbaycanla matçda qəti şəkildə büdrəmək olmaz".
Qeyd edək ki, oktyabrın 10-da Xorvatiyanın qonağı olacaq macarlar bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.