5 dekabr 2025. Cümə

Azərbaycanla oyun fərqlidi - Siqer


Azərbaycanla oyun fərqlidi - Siqer

"Monteneqro ilə yoldaşlıq görüşündə bir hissə meydanda oldum. İndi isə rəsmi debüt etmək şansı qazanmışam".

Corner.az xəbər verir ki, bu sözləri Macarıstan yığmasının yarımmüdafiəçisi David Siqer deyib.

29 yaşlı orta sahə oyunçusu AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar üçün heyətə çağırılıb. "Ferensvaroş"un üzvü yerli mətbuata açıqlamasında sevincini gizlətməyib.

O, gec də olsa, yığmada yer almağın həyəcanını yaşayır: "Çox həyəcanlıyam. Mən yalnız yoldaşlıq görüşündə iştirak etmişəm. Amma budəfəki oyunlar fərqlidi. Çünki indi Avropa çempionatına yollanmaq şansımız var. Xorvatiya və Azərbaycanla matçda meydanda nə qədər olacağımı görmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, oktyabrın 10-da Splitdə Xorvatiyanın qonağı olacaq macarlar ayın 13-də Budapeştdə millimizi qəbul edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb