5 dekabr 2025. Cümə

Xorvatiya yığmasının iki futboçusu sağaldı


Xorvatiya yığmasının iki futboçusu sağaldı

AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Uelslə qarşılaşacaq Xorvatiya yığmasında iki oyunçunun qayıtması məşqçilər korpusunu sevindirir

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Zlatko Daliç ötən ay Azərbaycan millisi ilə Bakıda keçirilən görüşü buraxan yarımmüdafiəçilər İvan Rakitiç və Mateo Kovaçiçin kollektivə dönməsini dəyərləndirib. O, bununla yarımmüdafiə xəttinin əvvəlki gücünə qayıdacağını düşünür: "Rakitiç və Kovaçiçin qayıtmasına sevindim. Son səfər matçında onların yoxluğunu hiss etdik. Nikola Vlaşiç də əla formadadı. Yalnız zədəli Ante Rebiçin durumu bizi narahat edir".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçirilən Azərbaycan - Xorvatiya oyunu 1:1 hesabı ilə nəticələnib. Xorvatlar oktyabrın 10-da Macarıstan, 13-də isə Uelslə qarşılaşacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb