- Avropa çempionatı
- 16:00 13.04.2026
PSJ-nin futbolçusu Killian Mbappe Fransa millisinin heyətindən çıxarılıb.
Corner.az-ın Fransa Futbol Federasiyasının saytına istinadən xəbərinə görə, buna səbəb onun zədəsini tam sağalmaması olub.
Belə ki, 20 yaşlı hücumçu Avro-2020-nin seçmə mərhələsində oktyabrın 11-i İslandiya, oktyabrın 14-ü Türkiyə ilə matçlarda komandasına kömək edə bilməyəcək.