- Avropa çempionatı
- 22:53 07.07.2026
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatından sonra bir daha təsdiqləyib ki, artıq mundiallarda çıxış etməyəcək.
90deqiqe.Az xəbər verir ki, təcrübəli hücumçu bununla yanaşı, milli komanda karyerasını başa vurub-vurmayacağı barədə hələ yekun qərar vermədiyini bildirib.
Ronaldonun sözlərinə görə, bu məsələni ailəsi ilə müzakirə etdikdən sonra qərarını açıqlayacaq.
Portuqaliyalı futbolçu 2028-ci ildə keçiriləcək Avropa çempionatında iştirak etməyi hədəfləyir. Bu baş tutacağı təqdirdə, Ronaldo nüfuzlu turnirdə 43 yaşında meydana çıxacaq.
Qeyd edək ki, Kriştiano Ronaldo 2016-cı ildə Portuqaliya millisinin heyətində Avropa çempionu olub.