5 dekabr 2025. Cümə

Azərbaycanla oyunda güvənimizi bərpa etməliyik - Macar futbolçu


Azərbaycanla oyunda güvənimizi bərpa etməliyik - Macar futbolçu

"Bu gecə milli karyeramda ən sərt komanda oyununu oynadığımızı deyə bilmərəm".

Corner.az-ın məlumatına görə, bunu Macarıstan yığmasının müdafiəçisi Villi Orban deyib.

"Leypsiq"in futbolçusu AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə keçirilən səfər oyunundan (0:3) sonra yerli mətbuata fikirlərini bildirib.

27 yaşlı mərkəz müdafiəçisi zəif oynadıqlarını etiraf edib: "Qarşılaşma üçün yaxşı plan qurmuşduq. Ən böyük problemimiz axmaq səhvlər buraxmağımız oldu. Bunlar səviyyəmizə uyğun gəlmirdi. Məyusuq, amma irəli baxmaq məcburiyyətindəyik. İndi ən önəmlisi düzgün hazırlaşmaq və Azərbaycana qalib gəlməkdi. Azərbaycanla mübarizə çox vacib olacaq. Güvənimizi bərpa etməliyik".

Qeyd edək ki, Macarıstan - Azərbaycan oyunu oktyabrın 13-də "Qrupama Arena" stadionunda keçiriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb