- Avropa çempionatı
- 15:35 16.11.2025
Bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Corner.az-ın məlumatına görə, A, B və H qruplarında yer alan komandalar arasında baş tutub
Günün 7 görüşünün hamısı eyni vaxtda start götürüb.
A qrupunda ikinci pillənin sahibi Çexiya öz meydanında lider İngiltərəni qəbul edib. Görüş çexlərin əzmkar qələbəsi ilə başa çatıb. Monteneqro - Bolqarıstan matçında isə qalib müəyyənləşməyib.
B qrupunda həm lider Ukrayna, həm də onun ən yaxın izləyicisi Portuqaliya evdə autsayderlərlə qarşılaşıb. Gözlənildiyi kimi, hər iki oyunda meydan sahibləri inamlı qələbə qazanıb.
H qrupunda çıxış edən Türkiyə yığması doğma meydanında Albaniyanı qəbul edib və minimal hesabla qələbə qazanaraq liderliyini qoruyub. Fransa da İslandiya səfərində eyni hesablı qələbə qazanıb. Andorra isə oxşar hesabla Moldovaya qalib gəlib.
AVRO-2020-nin seçmə mərhələsi
VII tur
11 oktyabr
A qrupu
Monteneqro – Bolqarıstan 0:0
Çexiya – İngiltərə 2:1
Qol: Brabeç, 9. Ondraşek, 85 - H.Keyn, 5-pen.
1 | İngiltərə | 4 | 4 | 0 | 0 | 19-4 | 12 |
2 | Çexiya | 5 | 3 | 0 | 2 | 9-8 | 9 |
3 | Kosovo | 5 | 2 | 2 | 1 | 8-12 | 8 |
4 | Bolqarıstan | 5 | 0 | 2 | 3 | 5-11 | 2 |
5 | Monteneqro | 5 | 0 | 2 | 3 | 3-13 | 2 |
B qrupu
Ukrayna – Litva 2:0
Qol: Malinovski, 29; 58.
Portuqaliya – Lüksemburq 3:0
Qol: B.Silva, 16. Ronaldo, 65. Qedeş, 89.
1 | Ukrayna | 5 | 4 | 1 | 0 | 11-1 | 13 |
2 | Portuqaliya | 4 | 2 | 2 | 0 | 10-4 | 8 |
3 | Serbiya | 5 | 2 | 1 | 2 | 10-12 | 7 |
4 | Lüksemburq | 5 | 1 | 1 | 3 | 5-8 | 4 |
5 | Litva | 5 | 0 | 1 | 4 | 4-15 | 1 |
H qrupu
Türkiyə - Albaniya 1:0
Qol: C.Tosun, 90.
İslandiya – Fransa 0:1
Qol: Jiru, 66-pen.
Andorra – Moldova 1:0
Qol: Vales, 63.
1 | Türkiyə | 6 | 5 | 0 | 1 | 14-2 | 15 |
2 | Fransa | 6 | 5 | 0 | 1 | 19-4 | 15 |
3 | İslandiya | 6 | 4 | 0 | 2 | 10-9 | 12 |
4 | Albaniya | 6 | 3 | 0 | 3 | 9-9 | 9 |
5 | Moldova | 6 | 1 | 0 | 5 | 3-17 | 3 |
6 | Andorra | 6 | 0 | 0 | 6 | 0-14 | 1 |