29 yanvar 2026. Cümə axşamı

İngiltərə millisinin 10 illik seriyası qırıldı


İngiltərə millisinin 10 illik seriyası qırıldı
İngiltərə yığmasının 10 illik seriyasına son qoyulub.

Corner.az xəbər verir ki, sözügedən yığma komanda 2009-cu ildən bəri ilk dəfə dünya çempionatı və Avropa çempionatının seçmə mərhələləri çərçivəsində keçirilən oyunda məğlub olub.
 
Bu, ingilislərin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirdiyi oyunda qeydə alınıb. Matçda hesabı ingilislər açsa da, qalan dəqiqələrdə çexlər iki qol vuraraq əzmkar qələbə qazanıb – 2:1.
 
İngiltərə yığması bundan əvvəlki məğlubiyyətini 10 il öncə – 2009-cu ilin 9 oktyabrında Ukrayna ilə görüşdə almışdı. DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində keçirilən həmin oyunda ingilislər minimal hesabla məğlub olmuşdular.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb