- Avropa çempionatı
- 15:35 16.11.2025
Fransa millisi ciddi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, komandanın əsas futbolçusu Nqolo Kante Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə səfərdə keçirilən oyundan öncə isinmə hərəkətləri edərkən zədələnib. "Çelsi"nin futbolçusunun zədəsinin nə qədər ciddi olduğu hələlik məlum olmasa da, 28 yaşlı yarımmüdafiəçinin seçmə mərhələnin növbəti turunda Türkiyə ilə görüşdə komandasına kömək edə bilməyəcəyi bildirilir.
Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Fransa – Türkiyə matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.