5 dekabr 2025. Cümə

Messi və Aquero milliyə nə vaxt qayıdır?


Messi və Aquero milliyə nə vaxt qayıdır?

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni yığmanın hücumçuları Lionel Messi və Serxio Aquero ilə bağlı açıqlama verib.

Corner.az "goal.com"a istinadən xəbər verir ki, o, hər iki futbolçunun noyabrdan etibarən milliyə dəvət edəcəklərini söyləyib:

“Messi cəzalı olduğundan milliyə dəvət almır. Aquero isə özəl problemləri olduğu üçün çağrılmır. O, klubu ilə də tam məşq edə bilmir. Gələn ay hər iki futbolçu mütləq heyətdə olacaq”.

Qeyd edək ki, Messi Argentina millisi Amerika kuboku-2019-da mübarizəni dayandırdıqdan sonra verdiyi açıqlamalara görə 3 ay müddətinə cəzalandırılmışdı.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb