26 noyabr 2024. Çərşənbə axşamı

Sançez mövsümü erkən başa vurdu


Sançez mövsümü erkən başa vurdu
Çili yığma komandası yoxlama oyununa çıxıb.

Corner.az xəbər verir ki, sözügedən komanda Kolumbiya millisi ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib.
 
Həmin matç Çili yığmasının hücumçusu Aleksis Sançes üçün əlamətdar olub. 30 yaşlı futbolçu ölkəsinin millisində ən çox oyuna çıxan futbolçu olub. İnter'in hücumçusu bu oyunda 132-ci dəfə millinin formasını geyinib.
Amma onun mütləq rekordçu olduğu bu görüş həmçinin özü üçün o qədər də uğurlu alınmayıb. Sançez və komanda yoldaşı Qari Medel qarşılaşmanı zədə səbəbindən erkən başa vurub. Medel matçın əvvəlindəcə zədələndiyi üçün 21-ci dəqiqədə, Sançes isə ikinci hissədə zədələnərək meydanı tərk edib.
 
Xarici mətbuatın məlumatına görə, Aleksisin zədəsi çox ciddidi. Onun bu il bir daha meydana çıxmayacağı gözlənilir. 
 
Qeyd edək ki, sözügedən oyunda Kolumbiya yığmasının hücumçusu Duvan Sapata da ağır zədə alıb.






Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb