5 dekabr 2025. Cümə

Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı - Marko Rossi


Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı - Marko Rossi

"Yetmiş beş dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən, qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi".

Corner.az xəbər verir ki, bu sözləri Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhəəsində evdə millimizə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
 
İtaliyalı mütəxəssis hamının Azərbaycan millisinə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb: "Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar".

Rossi Xorvatiya ilə oyuna görə tənqid olunmalarına da diqqət çəkib: "Həmin görüşdə inanılmaz səhvlərə yol vermişdik. Amma çox güclü futbolçulara, dünyanın ikinci ən güclü komandasına qarşı çıxış etmişdik".(Report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb