Bu gün AÇ-2020-nin seçmə mərhələsində 8-ci turun oyunlarına start verilib.
Corner.az xəbər verir ki, 4 qrupda 9 qarşılaşma keçirilib.
C qrupunun favoritlərindən Almaniya səfərdə Estoniya ilə, Hollandiya Belarusla üz-üzə gəlib. Hollandlar çətin, almanlar isə darmadağınlı qələbə qazanıblar.
Azərbaycan yığmasının yer aldığı E qrupunda da iki matç keçirilib. Millimizin Macarıstana uduzduğu gündə Xorvatiya Uelsin qonağı olub. Görüşdə qalib müəyyənləşməyib.
G qrupunun lideri Polşa isə Makedoniya ilə üz-üzə gəlib və inamlı qələbə qazanıb.
İ qrupunda Belçikanın ardınca Rusiya da final mərhələsinə yüksəlib. Şimal qonşularımız Kiprə darmadağınla qalib gəliblər. Qrupun digər matçında Belçika səfərdə Qazaxıstanı məğlub edib.
AÇ-2020-nin seçmə mərhələsi
13 oktyabr
İ qrupu
Qazaxıstan – Belçika 0:2
Qol: Batşuayi, 21. Munye, 53.
Kipr – Rusiya 0:5
Qol: Çerışev, 9; 90+2. Ozdoyev, 23. Dzyuba, 79. Qolovin, 89.
Şotlandiya – San Marino 6:0
Qol: Makqinn, 12; 27; 45+1. Şenklend, 65. Findli, 67. Armstronq, 87.
C qrupu
Belarus – Hollandiya 1:2
Qol: Draqun, 54 - Veynaldum, 32; 41.
Estoniya – Almaniya 0:3
Qol: İ.Gündoğan, 52; 58. Verner, 71.
E qrupu
Macarıstan – Azərbaycan 1:0
Qol: Korhut, 10.
Uels – Xorvatiya 1:1
Qol: Q.Beyl, 45+3 – Vlaşiç, 9.
G qrupu
Sloveniya – Avstriya 0:1
Qol: Poş, 21.
Polşa – Şimali Makedoniya 2:0
Qol: Frankovski, 74. Milik, 80.