İtaliya millisi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, müdafiəçi Danilo D`Ambrozio sıradan çıxıb.
“İnter”in şərəfini qoruyan futbolçu Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Yunanıstanla qarşılaşmada zədələnib. “Gazzetta dello Sport”un yaydığı məlumata görə, 31 yaşlı müdafiəçi Lixtenşteynə qarşı keçirəcəkləri növbəti oyunu iştirak etməyəcək. Onun bərpa müddəti ətraflı həkim müayinəsindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Lixtenşteyn – İtaliya qarşılaşması oktyabrın 15-də baş tutacaq