17 dekabr 2025. Çərşənbə

Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki


Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki

Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda Azərbaycanla qarşılaşacaq Uels millisi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, britaniyalılar Bakıda keçiriləcək qarşılaşmada Co Allen komandasına kömək edə bilməyəcək. 29 yaşlı yarımmüdafiəçi ötən gecə Xorvatiya ilə oyunda (1:1) sarı vərəqə alaraq cəzalı duruma düşüb. 

Görüşdə komandanın lideri Qaret Beyl sıradan çıxıb. Ancaq baş məşqçi Rayn Giqqz hər üç əvəzetmədən istifadə etdiyindən "Real"ın hücumçusu sonadək meydanda qalıb. Onun yığmamızla görüşdə iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Azərbaycan - Uels oyunu noyabrın 16-da keçiriləcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb