17 dekabr 2025. Çərşənbə

Mançininin müqaviləsi yeniləndi


Mançininin müqaviləsi yeniləndi

İtaliya yığması baş məşqçisi Roberto Mançininin müqaviləsini uzadıb.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, 54 yaşlı  mütəxəssisin müqaviləsi avtomatik olaraq yenilənib.

Belə ki, ötən il tərəflər arasında anlaşma əldə edilərkən müqaviləyə salınmış maddəyə əsasən, baş məşqçi komandanı Avropa çempionatının final mərhələsinə çıxaracağı təqdirdə, sözləşməsi uzadılacaqdı. Təcrübəli mütəxəssis vəzifəsinin öhdəsindən gəldiyi üçün onun müqavilə müddəti 2022-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, İtaliya yığması yer aldığı qrupda keçirdiyi 7 oyunun hamısında qələbə qazanıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb