13 may 2026. Çərşənbə

Azərbaycanla səfərdə oynamaq çətin olacaq - Uelsli futbolçu


Azərbaycanla səfərdə oynamaq çətin olacaq - Uelsli futbolçu

“Xorvatiya ilə oyunda möhkəm və əzmkar komanda kimi görünürdük. Oyunçularımız mübarizə aparıb öz oyunlarını göstərdilər. Bizi məğlub etmək çətindir. Keçmişdə cəsarətli və arxa mövqedə baxımlı oynamışıq. Ancaq indi daha mütəşəkkil olmaq, yavaşlamaq və bəzi şeylərə qayıtmaq lazımdır. Düşünürəm ki, son iki oyun bir daha bunu sübut etdi”.

Corner.az “BBC”yə istinadən xəbər verir ki, bu sözləri Uels millisinin müdafiəçisi Ben Deyvis Avro-2020-nin seçmə mərhələsinin 8-ci turunda Xorvatiya ilə oyundan (1:1) sonra deyib.

O, Uelsin E qrupunda mərhələ adlamaq şanslarının qaldığını vurğulayıb: “Biz nə etmək istədiyimizi yaxşı bilirik. Bu həftə komandada özünə inamı qaytardı. Xüsusilə, Xorvatiyaya məğlub olmamaq mərhələ adlamaq baxımından bizim üçün vacib idi. Qrupda rəqabət davam edir. Macarıstan və Azərbaycanla keçirəcəyimiz matçlarla seçmə mərhələyə yekun vuracağıq. Azərbaycan çox insanın düşündüyündən daha yaxşı komandadır. Onlarla səfərdə oynamaq çətin olacaq”.

Qeyd edək ki, Azərbaycan – Uels qarşılaşması noyabrın 16-sı 21:00-da başlayacaq.(qol)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb