- Avropa çempionatı
- 15:35 16.11.2025
Bu gün AVRO-2020-nin seçmə mərhələsində VIII turun oyunlarına yekun vurulub.
Corner.az-ın məlumatına görə, son gündə 4 qrupda 9 qarşılaşma baş tutub.
D qrupunda İsveçrə öz meydanında İrlandiyanı qəbul edib və qələbə qazanıb.
F qrupunun lideri İspaniya səfərdə İsveçin qonağı olub. İspaniyalıları Avropa çempionatına vəsiqə qazanmaq üçün heç-heçə etməsi də kifayət edirdi. Sözügedən komanda məhz 1 xal qazanaraq bu vəzifənin öhdəsindən gəlib.
G qrupunda Latviyanı qəbul edən İsrail şansını davam etdirmək üçün mütləq qələbə qazanmağı lazım idi. Meydan sahibləri bu görüşdə inamlı qələbəylə ayrılıblar.
J qrupunda Finlandiya – Ermənistan və Yunanıstan – Bosniya və Herseqovina qarşılaşmalarının nəticəsi qrupdakı vəziyyətə aydınlıq gətirə bilərdi. Finlandiyalılar doğma meydanda darmadağına qazanıblarsa, bosniyalılar səfərdə məğlub olublar.
AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
15 oktyabr
D qrupu
İsveçrə - İrlandiya 2:0
Qol: Seferoviç, 16. Daffi, 90+3-öz qapısına.
Cəbəllütariq – Gürcüstan 2:3
Qol: Kaskyaro, 66. Çipolina, 74 – Xaraişvili, 10. Kankava, 21. Kvilitaya, 84.
1 | İrlandiya | 6 | 3 | 3 | 0 | 5-3 | 12 |
2 | Danimarka | 6 | 3 | 3 | 0 | 16-5 | 12 |
3 | İsveçrə | 5 | 2 | 2 | 1 | 10-5 | 8 |
4 | Gürcüstan | 6 | 1 | 2 | 3 | 4-8 | 5 |
5 | Cəbəllütariq | 5 | 0 | 0 | 5 | 0-16 | 0 |
F qrupu
İsveç – İspaniya 1:1
Qol: Berq, 50 – Rodriqo, 90+2.
Rumıniya – Norveç 1:1
Qol: Mitrita, 62 – Sorlot, 90+2.
Farer adaları – Malta 1:0
Qol: Baldvinsson, 71.
1 | İspaniya | 7 | 6 | 1 | 0 | 18-4 | 19 |
2 | İsveç | 7 | 4 | 2 | 1 | 17-8 | 14 |
3 | Rumıniya | 7 | 4 | 1 | 2 | 16-7 | 13 |
4 | Norveç | 7 | 2 | 4 | 1 | 12-9 | 10 |
5 | Malta | 7 | 1 | 0 | 6 | 2-17 | 3 |
6 | Farer a. | 7 | 0 | 0 | 7 | 3-23 | 0 |
G qrupu
İsrail – Latviya 3:1
Qol: Dabbur, 16; 42. Zahavi, 26 – Kamess, 40.
1 | Polşa | 8 | 6 | 1 | 1 | 13-2 | 19 |
2 | Avstriya | 8 | 5 | 1 | 2 | 17-7 | 16 |
3 | Sloveniya | 8 | 3 | 2 | 3 | 13-8 | 11 |
4 | Ş.Makedoniya | 8 | 3 | 2 | 3 | 10-11 | 11 |
5 | İsrail | 7 | 2 | 2 | 3 | 12-14 | 8 |
6 | Latviya | 7 | 0 | 0 | 7 | 1-24 | 0 |
J qrupu
Finlandiya – Ermənistan 3:0
Qol: Yensen, 31. Pukki, 61; 88.
Lixtenşteyn – İtaliya 0:5
Qol: Bernardeski, 2. Belotti, 70; 90+2. Romanyoli, 77. El Şaaravi, 82.
Yunanıstan – Bosniya və Herseqovina 2:1
Qol: Pavlidis, 30. Kovaçeviç, 88-öz qapısına – Qoyak, 35.
1 | İtaliya | 7 | 7 | 0 | 0 | 20-3 | 21 |
2 | Finlandiya | 7 | 4 | 0 | 3 | 9-8 | 12 |
3 | Bosniya H. | 7 | 3 | 1 | 3 | 16-12 | 10 |
4 | Ermənistan | 7 | 3 | 1 | 3 | 13-12 | 10 |
5 | Yunanıstan | 7 | 1 | 2 | 4 | 7-12 | 5 |
6 | Lixtenşteyn | 7 | 0 | 2 | 5 | 2-20 | 2 |