5 dekabr 2025. Cümə

Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət


Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın ölkənin millisinə əsgər salamına görə  intizam işi açmasına münasibət bildirib.

Corner.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, o, qurumun bu addımını düzgün hesab etməyib: "Belə bir şey həyatda olmayıb. Bu məsələdən ciddi nəsə çıxacağını düşünmürəm. Bəlkə qınaya bilərlər. Bundan başqa, bu nöqtəyə kimi gələn komandaya hər hansı bir mənfi yanaşma olmayacaq".

Qeyd edək ki, türk futbolçular Avro-2020-nin seçmə mərhələsində Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.(qol(







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb