- Avropa çempionatı
- 20:40 06.02.2026
“Footy Headlines” saytı Avro-2020-nin final mərhələsində istifadə olunacaq topun şəklini yayıb.
Corner.az xəbər verir ki, “Adidas”ın hazırladığı top ağ rəng və üzərində qara, mavi, çəhrayı rəngli zolaqlardan ibarətdir. Top 2018-ci ildə istifadə olunan Telestar topu ilə eyni materialdan hazırlanıb.
Xatırldaq ki, Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakıda keçiriləcək.(qol)
