14 may 2026. Cümə axşamı

UEFA-dan irqçi şüarına görə iki oyunluq cəza


UEFA-dan irqçi şüarına görə iki oyunluq cəza

UEFA Serbiya millisini iki oyunluq cəzalandırıb.

Corner.az-ın qurumun saytına istinadən xəbərinə görə, buna komandanın azarkeşlərinin Avro-2020-nin seçmə mərhələsində Portuqaliyaya doğma meydanda uduzduqları matçda (2:4) irqçi şüarlar səsləndirməsi səbəb olub.

Serbiyaya verilən iki matçlıq cəzanın biri şərti xararter daşıyır və oxşar halın yaşanmaması üçün bir illik vaxt verilib. Beləliklə, komanda noyabrın 14-ü Lüksemburqu qəbul edəcəkləri matçı azarkeşsiz keçirəcək.

Bundan başqa, sözügedən görüşdə meydana azarkeş girdiyi və məşəl yandırıldığı üçün Serbiya Futbol Federasiyası 33 min 250 avro məbləğində cərimələnib.(qol)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb