- Avropa çempionatı
- 15:35 16.11.2025
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığması daha bir futbolçusunu itirib.
Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, bu dəfə yarımmüdafiəçi Conni Uilyams sıradan çıxıb.
"Çarlton"un futbolçusu "Derbi" üzərində 3:0 hesablı qələbə qazandıqları çempionat oyununda xəsarət alaraq, ilk hissədə əvəzlənib. Tibbi müayinədən sonra 26 yaşlı oyunçunun dizindən əməliyyat olunmasına qərar verilib.
Həkimlər onun ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə o deməkdi ki, Uilyams seçmə mərhələnin Azərbaycan və Macarıstanla son matçlarında iştirak etməyəcək.
Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.(matc)