1 oktyabr 2026. Cümə axşamı

İtaliya Avro-2032 üçün UEFA-ya 14 stadionun siyahısını təqdim edib


İtaliya Avro-2032 üçün UEFA-ya 14 stadionun siyahısını təqdim edib

İtaliya Futbol Federasiyası (FIGC) 2032-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi etmək üçün UEFA-ya 13 şəhərdə yerləşən 14 stadionla bağlı dosye təqdim edib.

90deqiqe.Az-ın “Gazzetta dello Sport"a istinadən məlumatına görə, siyahıya Roma, Bari, Bolonya, Kalyari, Florensiya, Genuya, Lecçe, Milan, Neapol, Palermo, Salerno, Turin və Verona şəhərlərindəki arenalar daxil edilib.

Namizədlər arasında həm yenidən qurulması planlaşdırılan mövcud stadionlar, həm də yeni arenaların tikintisi ilə bağlı layihələr yer alıb.

Qeyd edək ki, Roma şəhəri siyahıda iki stadionla təmsil olunub. Bunlar “Olimpiko” stadionu və Piytralata rayonunda inşa edilməsi planlaşdırılan yeni arena layihəsidir.

“Federasiyaya təqdim olunan dosyelərin sayı və keyfiyyətindən razıyıq. Bu, İtaliyanın qarşıya qoyulan vəzifənin həllində nə dərəcədə fəal iştirak etdiyini göstərir”, – deyə FIGC prezidenti Covanni Malaqo bildirib.

Növbəti mərhələdə UEFA təqdim olunan müraciətləri mövcud tələblərə uyğunluq baxımından yoxlayacaq. Tələblər azarkeşlərə xidmət, əlçatanlıq, davamlı inkişaf, media və televiziya yayımçılarının fəaliyyəti, həmçinin təhlükəsizlik və qonaqpərvərlik məsələlərini əhatə edir.

Yoxlama prosesi başa çatdıqdan sonra FIGC Avro-2032-nin oyunlarını qəbul edəcək 5 stadionu müəyyənləşdirəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb