- Avropa çempionatı
- 18:55 07.10.2026
2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (AVRO-2028) seçmə mərhələsinin püşkatmasında Azərbaycan milli komandası 5-ci səbətdə yer alacaq.
90deqiqe.Az-ın məlumatına görə, bu səbətdə Azərbaycanla yanaşı, Malta, Litva, Şimali İrlandiya, Andorra və Lixtenşteyn yığmaları da qərarlaşıb.
Püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.
Qeyd edək ki, AVRO-2028-in seçmə mərhələsinin qrup oyunları 2027-ci ilin mart-noyabr aylarında baş tutacaq.