11 oktyabr 2026. Bazar günü

İtaliya AÇ-2032-yə ev sahibliyi etməyə hazırlaşır


İtaliya AÇ-2032-yə ev sahibliyi etməyə hazırlaşır

İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etməyi planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, lakin ölkənin bu istəyinin reallaşması stadion infrastrukturu ilə bağlı problemlərin həllindən asılıdır.

İtaliya Futbol Federasiyasının (FIGC) rəhbəri Covanni Malago “La Stampa” nəşrinə açıqlamasında turnirə hazırlıq çərçivəsində stadion layihələrinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, namizəd şəhərlər arasında hazırda Turin daha əlverişli mövqedədir. Buna səbəb şəhərdə artıq istifadəyə hazır olan və UEFA-nın tələblərinə cavab verən stadionun mövcudluğudur.

Qeyd edək ki, İtaliya 2032-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün stadion infrastrukturu ilə bağlı məsələləri həll etməlidir.







Avropa çempionatı