5 dekabr 2025. Cümə

Millidə Beqoviçə yer olacaq - Robert Prosineçki


Millidə Beqoviçə yer olacaq - Robert Prosineçki

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçə növbəti dəfə dəvət göndərməyib.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis mətbuat konfransında bu qərarına aydınlıq gətirib.

O, müqavilə ilə "Bornmut"a məxsus olan və "Qarabağ"da icarə əsasında çıxış edən 32 yaşlı qolkiperə yaşıl işıq yandırıb: "Beqoviçi milliyə qaytarmağı düşünürdüm. O, yeni oynamağa başlayıb. Asmir Avropa Liqasında heç də pis çıxış etməyən "Qarabağ"a keçdi. Yığmada Beqoviçə yer olacaq".

Qeyd edək ki, Bosniya və Herseqovina yığması AVRO-2020-nin seçmə mərhələsində son oyunlarını bu ay İtaliya və Lixtenşteynə qarşı keçirəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb