20 aprel 2026. Bazar ertəsi

"Azərbaycanla görüşdə hər şey edəcəyik” - Pavel Hapal


"Azərbaycanla görüşdə hər şey edəcəyik” - Pavel Hapal

“Qapıçı Kozaçik məni zədəsi ilə bağlı məlumatlandırdı. O, sağlam olsaydı, heyətdən kənarda qalmazdı”.

Corner.az xəbər verir ki, bu sözləri Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal yerli mətbuata açıqlamasında deyib.

Xorvatiya ilə qarşıdan gələn oyunla bağlı danışan çexiyalı mütəxəssis noyabrın 19-da yığmamızla keçiriləcək görüşün həlledici olduğunu bildirib: "Domaqoy Vida və Deyan Lovren oynamasa, Xorvatiya çətinliklə üzləşəcək. Amma yəqin ki, bizimlə oyun üçün ehtiyat variantları da var. Xorvatiyadakı qarşılaşma bizim üçün çox vacibdir. Bu oyundan çox şey asılıdır. Lakin hər şey son turda həll olunacaq. Hər iki vəsiqənin taleyinin son matçlara qalması da istisna deyil. Biz hər iki görüşdə qalib gəlməklə 1-ci olmaq istəyirik. Şadam ki, azarkeşlərimiz sonadək bu mübarizəyə şahid olacaqlar. Onların ümidlərini doğrultmaq üçün Xorvatiya və Azərbaycanla görüşlərdə hər şey edəcəyik. Bunun üçün ilk iki yerdən birini tutmalıyıq”.

Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu noyabrın 19-da Trnavada keçiriləcək. (qol)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb