26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycanla oyunu sona qədər qapalı müdafiəyə qarşı keçirəcəyik - Kovaçik


Azərbaycanla oyunu sona qədər qapalı müdafiəyə qarşı keçirəcəyik - Kovaçik

Uşaqların seçmə mərhələni uğurlu nəticə ilə bitirməsini gözləyirəm. Yəqin ki, bütün oyunu qapalı müdafiəyə qarşı keçirəcəyik. Amma komandamızın bunun öhdəsindən gələcəyinə inanıram”.

Corner.az xəbər verir ki, bu sözləri Slovakiya Futbol Federasiyasının prezidenti Yan Kovaçik Avro-2020-nin seçmə mərhələsində yığmamızla keçiriləcək oyun haqda danışarkən deyib.

O, yerli mətbuata müsahibəsində millimizlə görüşün əvvəlcədən nəzərdə tutulduğu kimi başqa şəhərdə deyil, Trnavada keçirilməsinin səbəbini izah edib:

“Baş məşqçimiz Pavel Hapal futbolçularla görüşdükdən sonra daha keyfiyyətli stadionda oynamaq istədiklərini bildirdi. Daha əvvəl matçın Bratisavada keçirilməsinə qərar vermişdik. Lakin Azərbaycan tərəfinə fikir dəyişikliyimizi çatdırdıq, onlar da heç bir problemin olmadığını vurğuladı. Buna görə də UEFA-ya müraciət etdik. Rəqibin müdafiədən oynadığını nəzərə alsaq, yaxşı meydanda çıxış etməyimiz çox vacibdir. Yaradıcı oyun göstərməli olacağıq”.

Qeyd edək ki, millimiz Slovakiya ilə noyabrın 19-da səfərdə qarşılaşacaq.(qol)







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb