16 dekabr 2025. Çərşənbə axşamı

Azərbaycanla oyun üçün 50 minlik mükafat


Azərbaycanla oyun üçün 50 minlik mükafat
Slovakiya Futbol Federasiyası Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandalarına qarşı oyunlar üçün mükafat təyib edib.

Corner.az xəbər verir ki, bunu qurumun rəhbəri Yan Kovaçik yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Slovakiya yığması Xorvatiyanı məğlub edəcəyi halda komandaya 200 min avro mükafat veriləcək. Azərbaycan millisi ilə görüşdə qələbənin mükafatı isə 50 min avrodur.
O, yığmanın Avro-2020-yə vəsiqə qazanacağı təqdirdə isə komandaya 3 milyon avrodan çox mükafat ödəniləcəyini bildirib.
Qeyd edək ki, Slovakiya millisi noyabrın 16-da səfərdə Xorvatiya, 19-da isə evdə yığmamızla qarşıaşacaq. (qol)





Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb