5 dekabr 2025. Cümə

Azərbaycanı məğlub etsək, arzumuza çatarıq - Lobotka


Azərbaycanı məğlub etsək, arzumuza çatarıq - Lobotka

Slovakiya millisinin üzvü Stanislav Lobotka Avro-2020 seçmə mərhələsi çərçivəsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi fikirlərini bildirib.

Corner.az Slovakiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qruplarında çox çətin rəqiblərin yer aldığını deyib: “Qrupda qələbə qazanmaq olduqca çətin bir işdir. Son dərəcə balanslı qrupdur və istənilən komanda irəliləyə bilər. Hər biri yaxşı heyətə sahibdir”.

"Selta"nın futbolçusu  “Slovakiyanın qarşıdakı 2 matçdakı  hədəfiniz nədir?” sualını belə cavablandırıb: “Hədəfimiz və oyun planımız aydındır. Əgər mərhələ adlasaq bu bizi xoşbəxt edəcək. Düşünürük ki, Xorvatiya və Azərbaycanla oyunlardan qalib ayrılmalıyıq. Bu halda arzumuza çata bilərik”.

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.(qol)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb