5 dekabr 2025. Cümə

Giqqz və Yurçeviçin mətbuat konfransının vaxtı bilindi


Giqqz və Yurçeviçin mətbuat konfransının vaxtı bilindi

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Corner.az xəbər verir ki, konfranslar adəti üzrə oyundan bir gün əvvəl gerçəkləşəcək.

Noyabrın 15-də əvvəlcə Uels yığmasının baş məşqçisi Rayan Giqqz saat 14:30-da mətbuat konfransında iştirak edəcək. Gənc mütəxəssis 15:00-da son məşqini keçəcək.

Ardından Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç jurnalistlər önünə çıxacaq. Saat 19:00-da sualları cavablandıracaq xorvatiyalı mütəxəssis bundan yarım saat sonra komandasını məşqə çıxaracaq.

"Bakcell Arena"da baş tutacaq hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi açıq olacaq.

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Uels qarşılaşması saat 21:00-da start götürəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb