5 dekabr 2025. Cümə

Uels millisində növbəti itki: heyətdən çıxarıldı


Uels millisində növbəti itki: heyətdən çıxarıldı

Uels millisi Azərbaycan və Macarıstan yığmaları ilə AVRO-2020-nin seçmə mərhələ oyunları ərəfəsində daha bir itki ilə üzləşib.

Corner.az “Sky Sports”a istinadən xəbər verir ki, Nil Teylor qarşıdakı oyunlar üçün heyətdən çıxarılıb. “Aston Villa”da çıxış edən 30 yaşlı müdafiəçinin şəxsi işləri ilə əlaqədar kənarda qalacağı bildirlir.

Yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”, İngiltərə), Co Uilyams (“Sanderlend”, İngiltərə) və müdafiəçi Co Rodon (“Suonsi”, Uels) zədə üzündən heyətdə yer almayıblar. Co Allen (“Stok Siti”, İngiltərə) isə cəzalı olduğu üçün Azərbaycan yığması ilə oyunu buraxacaq.

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Bundan 3 gün sonra britaniyalılar Macarıstanı qəbul edəcəklər.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb