5 dekabr 2025. Cümə

Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırıldı


Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırıldı

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının təyinatları açıqlanıb. 

Corner.az-ın məlumatına görə, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Deniz Aytekinə yan xətt hakimləri Eduard Beytinger və Rafael Foltın kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristian Dingert yerinə yetirəcək. 

Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə Niderlandan olan Mark Bos olacaq. 

 Aytekin ilk dəfə Azərbaycan millisinin oyununa təyinat alsa da, daha öncə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki matçını idarə edib. 2011-ci ildən beynəlxalq təyinat alan türk əsilli hakim Ağdam təmsilçisinin "Atletiko" ilə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmasını idarə edib. 

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bundan 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavada Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb