- Avropa çempionatı
- 20:40 06.02.2026
Türkiyə millisi ciddi itki ilə üzləşib.
Corner.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, komandanın hücumçusu Cenk Tosun məşq zamanı zədələnib. Bu səbəbdən onun Avro-2020-nin seçmə mərhələsində İslandiya və Andorra ilə görüşlərdə oynamayacağı bildirilib.
Qeyd edək ki, noyabrın 14-ü İslandiyanı qəbul edəcək Türkiyə yığması bundan 3 gün sonra Andorranın qonağı olacaq.