5 dekabr 2025. Cümə

Azərbaycan millisinin nəyi yaxşı bacardığını bilirik - Uilson


Azərbaycan millisinin nəyi yaxşı bacardığını bilirik - Uilson

“Azərbaycan millisi Kardiffdəki matçda bizim üçün düşündüyümüzdən möhkəm komanda olduğunu göstərdi. Buna görə də onlara mütləq hörmətlə yanaşacağıq”.

Corner.az-ın məlumatına görə, bunu “Sky Sports”a Uels yığmasının futbolçusu Harri Uilson AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıda keçirəcəkləri oyun haqda danışarkən deyib.

Müqavilə ilə İngiltərənin “Liverpul” klubuna məxsus olan, lakin icarə əsasında Premyer Liqada çıxış edən digər komandanın – “Bornmut”un formasını geyinən 22 yaşlı yarımmüdafiəçi Azərbaycan millisini sentyabrın 6-da evdə 2:1 hesabı ilə üstələdikləri matça da toxunub: “Həmin görüşdə müdafiəni yaxşı qurmuşdular. Artıq onların nəyi yaxşı bacardıqlarını və qapılarına necə yol tapa biləcəyimizi bilirik. Son 2 qarşılaşmadakı çıxışımızı göz önünə alaraq, bizə qarşı ehtiyatlı oynayacaqlar”.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə britaniyalılar son seçmə oyunda Macarıstanı qəbul edəcəklər. Hazırda 8 xalla E qrupunda 4-cü yerdə gedən Uels yığması bu qarşılaşmalardan qalib ayrılmasa, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazana bilməyəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb