24 oktyabr 2024. Cümə axşamı

Azərbaycanla matça daha ümidli çıxacağıq - Şkriniar


Azərbaycanla matça daha ümidli çıxacağıq - Şkriniar

"Çoxları xorvatlarla ilk matçdan və performansdan sonra bizə güvənmir. İndi tamamilə fərqli və müvəffəq olmaq üçün əlimizdən gələni edəcəyik".

Corner.az xəbər verir ki, bunu Slovakiya millisimin müdafiəçisi Milan Şkriniar deyib.

"İnter"in futbolçusu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib. 24 yaşlı mərkəz müdafiəçisi, xüsusən də, noyabrın 16-da Riyekada Xorvatiya ilə keçiriləcək qarşılaşmaya kökləndiklərini vurğulayıb: "Xorvatlarla ilk oyunla müqayisədə hər şeyi düzəltməliyik . Uelslə son görüşdəki çıxışımızı nümunə götürməliyik. Hətta bu dəfə ondan da yaxşı oynamalıyıq. Lovren və Vidanın olmamağı əlbəttə ki, onlar üçün itkidi. Geniş heyətləri olsa da, hər itki nəzərə çarpır. Bu dəfə güclü və daha təsirli olmalıyıq".

Şkriniar final mərhələsinə vəsiqə qazanmağın öz əllərində olduğunu söyləyib. O, noyabrın 19-da Azərbaycanla oyuna yüksək əhval-ruhiyyədə çıxmağın Xorvatiya ilə qarşılaşmadan asılı olduğunu əlavə edib: "Xorvatiya bizə 4:0 hesablı qələbədən sonra Azərbaycanla matçda xal itirdi. Bundan başqa Millətlər Liqasında ispanlardan 6 qol buraxdılar. Ancaq belə şeylərə güvənmək olmaz. Böyük işlər görə biləcək böyük oyunçuları var. Düşünürəm ki, Xorvatiya ilə matçı daha böyük stadionda keçirməyimiz yaxşı olardı. Hətta onların futbolçuları da vacib qarşılaşmanın Riyekaya salınmasına narazıdılar. İstənilən halda qələbə qazanmalıyıq. Təbii ki, Xorvatiya ilə qarşılaşmanın nəticəsindən çox şey asılı olacaq. Ümid edirəm ki, seçmə mərhələdə son matça daha ümidli çıxacağıq".

Qeyd edək ki, slovaklar hər iki oyunda qələbə qazanarsa, qrup birincisi kimi Avropa çempionatına vəsiqə əldə edəcək.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır