- Avropa çempionatı
- 11:12 05.11.2024
“Avropa çempionatına vəsiqə qazanmaq üçün oynayırıq. Bunun hansı halda baş verəcəyini bilirik və matça yaxşı köklənməliyik”.
Corner.az xəbər verir ki, bu sözləri “ProFutbal” portalına açıqlamasında Slovakiya yığmasının futbolçusu Lukaş Haraslin noyabrın 16-da səfərdə Xorvatiya, 3 gün sonra isə evdə Azərbaycan millilərinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə matçları barədə danışarkən deyib.
Polşanın “Lexiya” klubunda çıxış edən 23 yaşlı hücumçu əvvəlcə Xorvatiya, ardınca isə Azərbaycanla matçlara köklənməli olduqlarını vurğulayıb. Onun sözlərinə görə, sentyabrın 6-da evdə xorvatlara 0:4 hesabı ilə uduzduqları görüşdə onlarda heç nə alınmayıb: “Lakin hər bir matç fərqlidir. Xorvatlar bizdən sonra Azərbaycanda büdrədilər (1:1). Ona görə də bu rəqibə qarşı oynaya biləcəyimizi düşünürəm. Amma Trnavadakı kimi deyil. Macarıstanla görüşdəki kimi çıxış etməliyik. Xorvatiyanın futbolçuları dünya səviyyəsindədirlər, ancaq bizim də yaxşı oyunçularımız var. Öz oyunumuza baxmalı, Xorvatiyada 120 faiz güc qoymalıyıq”.
Qeyd edək ki, Xorvatiya yığması hazırda 14 xalla E qrupunun lideridir. Bu komandaya noyabrın 16-da qonaq olacaq Slovakiya yığması isə 10 xalla 3-cü sıradadır