5 dekabr 2025. Cümə

Rəqiblərimizin qorxulu yuxusu olan bir komandamız var - Ərdoğandan təbrik


Rəqiblərimizin qorxulu yuxusu olan bir komandamız var - Ərdoğandan təbrik

"Uzun və yorucu səfərdən qayıtmağımıza baxmayaraq, millinin oyununu izləyib, bu anı birgə yaşamaq istədik.Andorra ilə matçımız qalıb. Hazırda Fransa ilə yarışırıq. Onların da Albaniya ilə oyunları var. Bu axşam necə olursa-olsun, 1 xal qazandıq".

Corner.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin futbol komandasının Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə bərabərə qaldığı oyunu (0:0) şərh edərkən deyib.

O, bu nəticədən sonra Avro-2020-nin final mərhələsinə vəsiqəni təmin edən Türkiyə yığmasını təbrik edib: "Çox gənc və dinamik komandamız var. Həm müdafiədə, həm də hücumda lazım olduqda anidən hücumlarla rəqiblərimizin qorxulu yuxusu olan bir komandamız var. Buna görə başda Şenol Güneş və məşqçi heyəti olmaqla, idmançılarımızı, federasiyanın prezidentini və nümayəndələri təbrik edirəm. Son görüşdə də qələbə qazanıb, yolumuza davam edək".







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb