12 may 2026. Çərşənbə axşamı

Uels yığmasında daha iki itki


Uels yığmasında daha iki itki

AVRO-2020-nin seçmə mərhələsində son oyunlarını Azərbaycan və Macarıstana qarşı keçirəcək Uels yığması daha iki futbolçusunu itirib.

Corner.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, "Derbi"nin hücumçusu Tom Laurens və "Lester"in qapıçısı Denni Uord iştirak ərizəsindən çıxarılıb. Laurens səhhətində problem yarandığı üçün Bakıya gətirilməyəcəksə, Uord şəxsi işləri ilə əlaqədar iştirak etməyəcək.

Bir neçə gün əvvəl "Aston Villa"nın müdafiəçisi Neyl Teylor da şəxsi işlərinə görə, heyətdən kənarlaşdırılmışdı. "Suonsi"nin müdafiəçisi Co Rodan isə əməliyyat olunduğu üçün Giqqz tərəfindən həyətə daxil edilməmişdi.

Qeyd edək ki, sabah Bakıda Azərbaycan millisinin qonağı olacaq Uels yığması noyabrın 19-da Kardiffdə Macarıstanı qəbul edəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb