12 may 2026. Çərşənbə axşamı

Azərbaycanın son oyunlarında inkişafını görmək olar - Beyl


Azərbaycanın son oyunlarında inkişafını görmək olar - Beyl

"Hazırda özümü yaxşı hiss edirəm. İnanıram ki, zamanla özümü yaxşı hiss edəcəyəm".

Corner.az-ın məlumatına görə, bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib. 30 yaşlı hücumçu bildirib ki, millidə oynamaq həmişə şərəfdir: "Burada olanda çalışıram ki, özümü yaxşı tərəfdən göstərim. Bakıda ilk dəfədir oluram. Azərbaycan millisinin son oyunlarında inkişafı görmək olar, 5 - 10 il əvvəllə müqayisədə fərq var. Rəqib yaxşı təşkilatlanmış komandadır. Bizi qarşıda iki vacib oyun gözləyir".

İspaniyanın "Real Madrid" klubunun formasını geyinən oyunçu komanda yoldaşı Aaron Remsi barədə də danışıb: "Remzinin qayıdışı və bizimlə birgə olacağı çox gözəl haldır. O, böyük komandada çıxış edir. Belə davam etsə, "Yuventus"da möhkəmlənəcək".







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb