Finlandiya yığması 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.
Corner.az xəbər verir ki, sözügedən komanda J qrupu çərçivəsində Lixtenşteynlə ev matçında 3:0 hesablı qələb qazanaraq qrup ikincisi olub.
Finlandiya yığması tarixində ilk dəfə AÇ-da mübarizə aparacaq. 5,5 milyin əhalisi olan bu ölkə daha çox hokkey klubları, ralli sürücüləri, nizə atma idmançıları ilə məşhurdu. Finlandiya dünya və Avropa çempionatlarında iştirak etməyən tək Skandinaviya ölkəsi idi ki, artıq bunu da bacardı.
Finalandiya Avropa çempionatlarında mübarizə aparan 34-cü ölkə kimi tarixə düşüb