- Avropa çempionatı
- 15:35 16.11.2025
İtaliya millisi “Avro-2020”nin seçmə mərhələsində dünən Bosniya və Hersoqovinanı 3:0 hesabı ilə məğlub edib.
Corner.az “Opta Paolo” Tvitter səhifəsinə istinadən yazır ki, italyanlar yoxlama matçları da daxil olmaqla tarixində ilk dəfə ard-arda 10 oyunda qələbə qazanıb. Bununla da baş məşçi Roberto Mançini 1938-ci ildə dalbadal 9 matçda qalib gələn həmkar Vitorio Potsonun rekord qırıb.
Qeyd edək ki, İtaliya qrupda 1-ci yeri təmin edərək “Avro-2020”yə vəsiqə qazanıb.