5 dekabr 2025. Cümə

Qara Qarayevə qarşı oynamaq çətin idi - Deyvis


Qara Qarayevə qarşı oynamaq çətin idi - Deyvis

"Azərbaycan yığması rəqiblərə çətinlik yarada bilir. Fikrimcə, nəticə komandanın səviyyəsini əks etdirmir. Azərbaycan yaxşı çıxış etdi. Əminəm ki, gələcəkdə rəqiblər millinizlə oynamaqdan çəkinəcəklər. Bu gün şanslı idik. 3 gün sonra bizi Macarıstanla böyük oyun gözləyir. Növbəti mərhələ ümidlərimizi bu oyuna saxlamışıq".

Corner.az xəbər verir ki, bunu Uels yığmasının müdafiəçisi Ben Deyvis söyləyib.

Uels millisi Avro-2020-nin seçmə mərhələsində yığmamızla Bakıda keçirilən görüşdə 2:0 hesablı qələbə qazandı. Oyunsonrası jurnalistlərə danışan Deyvis komandamızın ünvanına xoş sözlər bildirib: "Yaxşı futbolçularınız var. Cinahda çox yaxşı oynayırlar. Mərkəzdə kapitanınız Qara Qarayevin çıxışını xüsusi qeyd edərdim. Çox yaxşı top saxlayır. Ona qarşı oynamaq olduqca çətin idi. Çətin oldu. Bizə problem yarada bildilər".







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb