20 aprel 2026. Bazar ertəsi

Azərbaycan müdafiədə yaxşı oynayır - Hamşik


Azərbaycan müdafiədə yaxşı oynayır - Hamşik

“Azərbaycanla oyuna hazırıq. Düzdür, Xorvatiya ilə oyundan sonra bu görüşə hazırlaşmaq üçün çox vaxtımız yox idi. Amma dünən məşq etdik, bu gün də daha bir hazırlıq prosesimiz olacaq. Azərbaycan müdafiədə yaxşı oynayır”.

Bu sözləri Slovakiya millisinin kapitanı Marek Hamşik deyib. 

Sabah Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyundan öncəki mətbuat konfransına qatılan 32 yaşlı yarımmüdafiəçi görüşün Bakıdakı matçdan fərqlənəcəyini bildirib: “Bakıda fantastik oyun keçirmişdik. Amma bu o demək deyil ki, işimiz asan olacaq. Düşünürəm ki, sabah bizi Bakıdakından fərqli oyun gözləyir. Azərbaycan millisinə təhlükəli əks hücumlar qurmağa imkan verməməliyik”.

Hamşik son oyunda favorit statusunu təsdiqləməli olduqlarını sözlərinə əlavə edib: “Təbii ki, ilk növbədə, öz oyunumuzu düşünməliyik. Hazırda bütün fikrimiz Azərbaycanla oyuna yönəlib. Favorit olduğumuzu təsdiqləməli və mütləq 3 xal qazanmalıyıq. Yalnız bundan sonra Uels - Macarıstan görüşünün nəticəsi ilə maraqlanmaq olar” (Report).







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb