12 may 2026. Çərşənbə axşamı

Azərbaycanla matçdakından daha yaxşı oynamalıyıq - Giqqz


Azərbaycanla matçdakından daha yaxşı oynamalıyıq - Giqqz

“Avropa çempionatına düşmək üçün hələ də şansımız var. Bunun üçün ilk növbədə sonuncu oyunda qalib gəlməliyik”.

Corner.az xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin seçmə mərhələsində Kardiffdə Macarıstan yığmasına qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.

Onun sözlərinə görə, qələbə qazanmaları üçün noyabrın 16-da Bakıda Azərbaycan millisini 2:0 hesabı ilə məğlub etdikləri görüşdəkindən daha yaxşı oynamalıdırlar: “Bizdə qalibiyyət impulsu var. Qələbə qazanmaq üçün Azərbaycanla matçdakından daha yaxşı oynamalıyıq. Futbolçularımıza inanıram. Onların oyunçu keyfiyyətlərinə güvənirəm. Təcrübə çox önəmlidir. Ancaq gənc futbolçularımızın performansı məni sevindirir”.

Qeyd edək ki, 11 xalla 3-cü pillədə qərarlaşan Uels millisi Macarıstan yığmasına qalib gələcəyi təqdirdə AVRO-2020-yə vəsiqə qazanacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb